Tanınmış generalın oğluna hansı vəzifə verilib? - RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış generalın oğluna hansı vəzifə verilib? - RƏSMİ AÇIQLAMA

Siyasət

21 Noyabr 2024 20:19 1618


Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində növbəti kadr dəyişikliyi olub.

Yenisabah.az bildirir ki, Manset.az-ın yaydığı xəbərə görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımzadə Penitensiar Xidmət rəisinin müşaviri təyin edilib.

Daha sonra isə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Modern.az-a məlumat verilib ki, qurumda rəisin müşaviri vəzifəsi yoxdur. pizza mizza

Bildirilib ki, Rauf Qasımzadə müşavir vəzifəsinə yox, rəisin köməkçisi vəzifəsinə təyin olunub:

"Rauf Qasımzadə Strateji planlaşdırma və Monitorinq İdarəsində Penitensiar xidmət rəisinin köməkçisi təyin olunub".

Qeyd edək ki, R. Qasımzadə bundan əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində çalışıb.

Xatırladaq ki, Qasımzadənin atası uzun illər ədliyyə orqanlarında yüksək vəzifələrdə çalışmış Aydın Qasımov Penitensiar Xidmətin rəisi, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi vəzifəsini icra edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!