Tanınmış jurnalist vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış jurnalist vəfat etdi

Hadisə

15 Oktyabr 2024 00:25 1009


Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Jurnalistlər Birliyi və Teatr Xadimləri İttifaqının üzvü, uzun illər AzTV-nin redaktoru vəzifəsində çalışmış teatrşünas Yaqub Əlioğlu vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Modern.az-a mərhumun dostları məlumat veriblər.

Onun xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilib. pizza

Yaqub Əlioğlu (Məmmədov) 1956-cı il avqustun 26-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1986-cı ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Orta məktəb dövründən mütəmadi olaraq mətbuatda yazıları çap olunub. Yüzlərlə publisistik məqalənin və 8 kitabın müəllifidir.

"Azərbaycantelefilm" Yaradıcılıq Birliyində istehsal olunan 100-dən çox sənədli televiziya filminin redaktoru olan Yaqub Əlioğlu "Qızıl qələm", "Qızıl dərviş" və "Nailiyyət" mükafatlarının laureatıdır. 10 ildən artıqdır Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində baş redaktor vəzifəsində çalışıb. Onun rəhbərliyi ilə ərsəyə gələn 50-dən artıq film televiziyanın "Qızıl fond"una daxil edilib. Bu filmlər əsasən görkəmli elm, mədəniyyət xadimlərinə və tarixi şəxsiyyətlərin həyat və yaradıcılığına, yurdumuzun dilbər guşələrinə həsr olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!