tasionar telefon dövrü başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

tasionar telefon dövrü başa çatdı

Maraqlı

30 İyun 2026 22:36 108


Finlandiya naqilli telefon rabitəsi dövrü ilə rəsmən vidalaşır.

"Yeni Sabah" xəbər verir ki, iyulun 1-dən ölkənin ən böyük telekommunikasiya operatoru "Elisa" stasionar telefon xətlərinə xidmət göstərməyi dayandıracaq.

Beləliklə, Finlandiyanın digər aparıcı telekommunikasiya şirkətləri olan "Telia" və "DNA" da daha əvvəl analoji qərar qəbul etdiklərindən, ölkədə artıq stasionar telefon rabitəsi xidməti göstərən heç bir iri operator qalmayacaq. Marqarita pizza

Telekanalın məlumatına görə, Finlandiyada naqilli telefon şəbəkəsi XIX əsrin sonlarından fəaliyyət göstərirdi. Lakin son onilliklərdə mobil rabitənin geniş yayılması nəticəsində stasionar telefon istifadəçilərinin sayı kəskin şəkildə azalıb.

2026-cı ilin əvvəlinə "Elisa" şirkətinin cəmi bir neçə min aktiv naqilli telefon bağlantısı qalmışdı. Şirkət artıq bir neçə ildir ki, bu xidmət üzrə yeni qoşulmalar da həyata keçirmirdi.

Son illərdə stasionar telefon şəbəkəsindən əsasən ev telefonları, faks rabitəsi və liftlərdə quraşdırılmış fövqəladə əlaqə qurğuları üçün istifadə olunurdu./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!