TƏBİB jurnalistin keçmiş həyat yoldaşı haqda açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB jurnalistin keçmiş həyat yoldaşı haqda açıqlama yaydı

Hadisə

20 Oktyabr 2025 15:17 760


TƏBİB intihara cəhd edən “Yeni Çağ” saytının rəhbəri, jurnalist Aqil Ələsgərin keçmiş həyat yoldaşı Günay Fərəcovanın durumu ilə bağlı məlumat yayıb.

Qurumdan “Yeni Sabah”a bildirilib ki, 1982-ci il təvəllüdlü şəxs (qadın) 20.10.2025-ci il tarixində saat 13:20 radələrində zəhərlənmə şübhəsilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib:

“Dərman mənşəli intoksikasiya diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxsin ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub”. Marqarita pizza

Qeyd edək ki, “Yeni Çağ” saytının rəhbəri, jurnalist Aqil Ələsgərin keçmiş həyat yoldaşı Günay Fərəcova çoxlu sayda dərman həbi içib.  Aqil Ələsgər Günay Fərəcovanın intihara cəhd etdiyini lent.az-a təsdiqləyib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!