“Mançester Siti”yə ağır zərbə

saytların hazırlanması

Evə çatdırılma

“Mançester Siti”yə ağır zərbə

İdman

20 Noyabr 2026 09:46 44


"Mançester Siti" böyük həcmli maliyyə dəstəyindən məhrum olub.

“Yeni Sabah” xəbər verir ki, ABŞ-nin nüfuzlu "Apollo" investisiya şirkəti klubun sahibi olan "City Football Group" ilə 2 milyard dollarlıq kredit müqaviləsi üzrə aparılan danışıqları dayandırıb.

Tərəflər arasındakı razılaşma artıq yekun mərhələyə çatmışdı. Lakin müstəqil komissiyanın "Mançester Siti"nin İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozduğunu müəyyən etməsindən sonra ABŞ şirkəti prosesi dayandırmaq qərarına gəlib və saziş baş tutmayıb. İnternet mağaza

Bu addımın "City Football Group" üçün ciddi maliyyə zərbəsi olduğu və holdinqin investisiya layihələrinə mənfi təsir göstərəcəyi bildirilir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!