TƏCİLİ! Bu şəxslər 2000 manat cərimə ediləcək 

saytların hazırlanması

Evə çatdırılma

TƏCİLİ! Bu şəxslər 2000 manat cərimə ediləcək 

Sosial

16 İyul 2024 17:30 805


Məhdud məsuliyyətli cəmiyyətin (MMC) nizamnamə kapitalının tamamilə ödənilməməsi və ya ödənilmiş nizamnamə kapitalı barədə məlumatın verilməməsinə görə yeni cərimələr müəyyənləşib. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. 

Belə ki, Mülki Məcəllədə nəzərdə tutulmuş müddətdə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 2 000 manat məbləğində cərimə ediləcək.  pizza hut

Bundan əlavə, Məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilməməsinə görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1 000 manat məbləğində cərimə olunacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!