Təhlükəli manevr etdi, qəzaya səbəb oldu -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Təhlükəli manevr etdi, qəzaya səbəb oldu - VİDEO

Hadisə

02 İyun 2026 09:44 105


Sabunçu rayonu, Aeroport şosesində yol qəzası baş verib.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd olunub ki, hər bir sürücü dönmə işığının yandırılmasının xəbərdarlıq üçün olduğunu bilməlidir: “Amma bu yollarda üstünlük qazandırmır. Təəssüflər olsun ki, bəzi sürücülər manevr, yerdəyişmə və ya dönmə zamanı dönmə işığını yandırmaqla digər hərəkət iştirakçıları qarşısında üstünlüyə malik olduqlarını düşünürlər. Bu cür düşüncə ilə hərəkəti davam etdirmək isə yollarda təhlükəli vəziyyətin, qəza şəraitinin yaranmasına səbəb olur.  pizza sifarişi

Sürücülərə tövsiyə olunur ki, “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinə nəzər salsınlar. Qanun tələb edir ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!