Təhsil problemləri mövzusunda pedaqoji mühazirələr keçiriləcək - Əmr

saytların hazırlanması

Evə çatdırılma

Təhsil problemləri mövzusunda pedaqoji mühazirələr keçiriləcək - Əmr

Sosial

26 Fevral 2019 15:27 1922


Təhsil naziri Ceyhun Bayramov 2018-2019-cu dərs ilində pedaqoji mühazirələrin keçirilməsi haqqında əmr imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, əmrin imzalanmasında məqsəd ümumi təhsil sahəsində keyfiyyət göstərcilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübələri təbliğ etməkdir.

Əmrə əsasən, 2019-cu ildə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusunda pedaqoji mühazirələr keçiriləcək. Pepperoni pizza

Pedaqoji mühazirələrin ilk mərhələsi cari ilin mart-aprel aylarında rayon və şəhərlərdə, ölkə mərhələsi isə iyun ayında Bakı şəhərində keçiriləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!