2016-ci ilin oktyabrda Cəlilabad rayon Günəşli kəndindən olan polkovnik-leytenant Miriyev Telman Mirbaba oğlu hərbi poliqonlardan birində praktiki məşqlər zamanı həlak olub.
“Yeni Sabah” xəbər verir ki, bununla bağlı polkovnikin 5 yaşlı qızı Zeynəb video-müraciətlə ölkə rəhbərliyindən atasına şəhid adının verilməsini xahiş edib. Uşağın bu video müraciəti son günlər sosial şəbəkələrdə ən çox paylaşılan videolardan biridir. Zeynəb bildirir ki, atasının ölümündən 3 il keçsə də, ona şəhid adının verilməsindən imtina edilir. Halbuki polkovnik hərbi xidməti yerinə yetirərkən həlak olub.
Onu da qeyd edək ki, Telman Miriyev 2014-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə, hərbi təhsil sahəsində xidmətlərinə görə “Vətən uğrunda” medalı ilə təltif edilib. Pepperoni pizza
Zeynəbin videosunu təqdim edirik:
Telegram kanalımız