Tələbələrə verilən təqaüdlərin artırılması nəticəsində ilkin hesablamalara əsasən, dövlət büdcəsindən təxminən 25 milyon manat əlavə vəsait ayrılacaq.
"Yeni Sabah" xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara dair mətbuat konfransında deyib.
Nazir bildirib ki, müvafiq sərəncamlar Təhsil Nazirliyinin, digər dövlət qurumlarının tabeliyində olan, eyni zamanda özəl ali təhsil müəssisələrində oxuyan və akademik göstəriciləri müvafiq normalara uyğun olan tələbələrə də şamil edilir. pizza
C.Bayramov qeyd edib ki, sərəncamla ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 30 faiz artacaq. Bu da öz növbəsində ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısını artıracaq və müvəffəqiyyət göstəriciləri nümayiş etdirmiş tələbələrə təqaüd almaları üçün əlavə imkanlar yaradacaq.
Telegram kanalımız