Xalq artisti, kinorejissor Əbdül Mahmudov (Şeyx Əbdül) homoseksuallarla bağlı dediyi "Elə adamları öldürmək, asmaq lazımdır" sözlərinə aydınlıq gətirib.
“Yeni Sabah” xəbər verir ki, o, aparıcı Tolikin "Bu sözdən sonra gedib kimsə cinayət törətsə, necə olacaq?" sualına sərt cavab verib:
“Kaş, o şey üstündə onları öldürərdilər, məni də gəlib tutardılar. Mənə elə sualla müraciət etdilər. Əxlaqı, mənəviyyatı olan xalqın nümayəndəsi kimi murdarlıqları qəbul etmirəm. Əgər bir kişi öz vücudunu qoruya bilmirsə, bundan nə gözləyək? Bütün bunlar Avropalıq deyil. Avropada 48 dövlət var, kimə oxşamağa çalışaq? Fransada xanımlar yaxasın açmırlar. Bizdə yaxaların açıb, efirə çıxırlar. Avropa deyib, ağzımıza gələni edirik. Onlardan nə götürürük? Öyrəndiyimiz niyə pis olmalıdır”. Toyuqlu pizza
75 yaşlı kinorejissor məmurları da tənqid edib:
“Mənim əminəm ki, bizim ələbaxan məmurlarımız var. Prezident nə yaxşı ki, bu işə start verdi, kölgədə qalanlar qaçıb deşiklərə doluşacaqlar. Atalar deyib ki, kölgədə dayanan kşinin kölgəsi olmur. Onlar bunu başa düşməlidirlər. Bu dövlətin sahibi, yiyəsi var, xalq var. Nə qədər xalqın qanını soracaqlar? Bunun bir sonu olmalıdır və o sona start verildi”.
Əsmətxanım
Telegram kanalımız