Trampın oğlu rəsmən boşandı

saytların hazırlanması

Evə çatdırılma

Trampın oğlu rəsmən boşandı

Dünya

24 Fevral 2019 01:11 1249


ABŞ prezidenti Donald Trampın oğlunun ötən ilin yazında başlayan boşanma prosesi başa çatıb.

Bu barədə keçmiş cütlük rəsmi bəyanat verib. “Biz ötən ilin sonunda boşanma müqaviləsi imzaladıq. Bizim beş gözəl övladımız var və gələcəkdə də onları bir yerdə tərbiyə edəcəyik. Bizim övladlarımız və onların xoşbəxtliyi hər şeydən vacibdir”, - deyə açıqlamada deyilir.

Oğul Donald Trampla həyat yoldaşı Vanessa Heydonun boşanacaqları ötən ilin mart ayında bilindi. 13 illik ailə həyatından sonra Vanessa boşanmaq üçün məhkəməyə müraciət etdi. Ayrıldıqdan sonra cütlük münasibətlərini qoruyub-saxladı. Birlikdə bir neçə tədbirdə göründülər, bayramı bir yerdə qeyd etdilər. pizza mizza

Ölkə.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!