“Trampın yolu” ilə bağlı müzakirələrə başlanıb - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Trampın yolu” ilə bağlı müzakirələrə başlanıb - Paşinyan

Dünya

29 Sentyabr 2025 17:55 301


Bu yaxınlarda Amerika nümayəndə heyəti Ermənistanda olub və artıq müzakirələr başlayıb və bu müzakirələr davam edəcək.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Strasburqda erməni jurnalistlər üçün keçirdiyi brifinqdə “Tramp yolu” haqda danışarkən deyib.

O bildirib: "Hazırda konkret razılaşmalar yoxdur. Təbii ki, məncə problem həm də ondan ibarətdir ki, Tramp administrasiyasının açıq şəkildə çox geniş qlobal gündəliyi var, lakin əmin olun ki, bu qlobal gündəm çərçivəsində "Tramp yolu" ABŞ, ölkəmizin və beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalır. Böyük maraq var, bu proseslər yavaş, lakin fasiləsiz işləyirik”. pizza sifarişi

Xatırladaq ki, ötən həftə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanda “Trampın yolu” ilə bağlı işlərə başlandığını açıqlamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!