Turizm Agentliyi koronavirus ilə bağlı vətəndaşlara və turoperatorlara müraciət etdi
27 Fev 2020 19:34
160

Turizm Agentliyi koronavirus ilə bağlı vətəndaşlara və turoperatorlara müraciət etdi

"Son günlər dünyanın bir sıra ölkələrində koronavirus (COVID-19) epidemiyasının geniş yayıldığını nəzərə alaraq, vətəndaşlarımıza xaricə səfərlərini planlaşdırarkən mümkün riskləri nəzərə almağı tövsiyə edirik". "Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin ölkə vətəndaşlarına və turoperatorlara müraciətində qeyd olunub. "Xəstəliyə yoluxma və virusun Azərbaycan ərazisinə keçməsi təhlükəsinin qarşısının alınması məqsədilə, vətəndaşlarımıza həmin ölkələrdə epidemoloji vəziyyət sabitləşənədək səfərlərini təxirə salmağı məsləhət görürük. Turoperatorlara tövsiyə edirik ki, koronavirusun yayıldığı ölkələrə getmək arzusunda olan vətəndaşlarımızı səfərin mümkün riskləri barəsində məlumatlandırsınlar", - deyə müraciətdə qeydə alınıb.

Oxşar xəbərlər