Türkiyədə məscidlər açıldı
29 May 2020 17:56
372

Türkiyədə məscidlər açıldı

Türkiyədə yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində bağlanan məscidlər 74 gün sonra açılıb. 

Yenisabah.az xəbər verir ki, bu gündən başlayaraq Türkiyənin Diyanət İşləri Müdürlüyü 81 vilayətin şəhər və rayonlarında qılınacaq cümə namazlarının siyahısını açıqlayıb.

Qaydalara görə, 16 martdan fəaliyyəti dayandırılan ibadət evləri tədricən fəaliyyətə başlayacaq. Hazırda 264 məsciddə ibadətlərin icra olunması müəyyənləşdirilib. Qaydalara görə, cümə namazları açıq havada qılınmaqla, möminlərin məscidlərdə yox, evlərində dəstəmaz alaraq gəlmələri, özləri ilə şəccadə (namazlıq) gətirmələri, namaz qılarkən sosial məsafəni qorumaları və maska geyilməsi tələbləri ilə icra olunur. Tələblərdə məscidlərin öncədən dezinfeksiya olunması, düzgün havalandırılması və ibadətə gələnlərin əllərinin dezinfeksiya edilməsi, gigiyenik tələblərə əməl etməsi şərtləri də var.  /APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər