Türkiyədən Makrona cavab verildi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədən Makrona cavab verildi

Dünya

07 Fevral 2019 13:59 1145


Fransa prezidenti Emmanuel Makronun qondarma “erməni soyqırımı” günü ilə bağlı anım günü elan etməsinə Türkiyə Prezident Administrasiyasından reaksiya verilib.

“Yeni Sabah” xəbər verir ki, prezidentin mətbuat katibi İbrahim Kalın Emmanuel Makronun qondarma “erməni soyqırımı”nı anım gününü təqvimə daxil edəcəyi ilə bağlı fikirlərini qınadıqlarını deyib: ““Erməni soyqırımı” iddiaları heç bir hüququ əsası olmayan, tarixi gerçəklərə zidd siyasi yalandır”. 

İ. Kalın deyib ki, Makronun bu qərarının Türkiyə baxımından heç bir hökmü yoxdur. “Prezident Rəcəb Tayyib Ərdoğanın gerçəklərin aydınlaşdırılması üçün ortaq tarixi komissiyanın yaradılması çağırışından qaçanlar tarixi hadisələri manipulyasiya etmək istəyirlər. Amma heç kim Türkiyəni etməyi bir cinayətə görə ittiham edə bilməz”.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!