Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı

Dünya

05 Sentyabr 2026 21:18 49


Türkiyədə Kızılcahamam Prokurorluğunun və Ankara Polis İdarəsinin sosial media platformaları üzərindən əxlaqsız görüntülər paylaşmaqda şübhəli bilinən şəxslərə qarşı apardığı araşdırmalar çərçivəsində 5 vilayətdə əməliyyat keçirilib.

"Yeni Sabah" xəbər verir ki, məlumatı "HaberGlobal" yayıb.

Əməliyyat çərçivəsində məşhur müğənni Tuğba Ekinci, o cümlədən Ahmet Yılmaz, Ozan Rüzgar Dikici, Beren Akın və Çağlayan Yıldırım saxlanılıblar. Daha bir şübhəki Pınar Gülserin saxlanılması istiqamətində işlər davam edir. Marqarita pizza

Şübhəlilərin sosial media hesabları üzərində aparılan araşdırmalar zamanı onların cinsi məzmunlu paylaşımlar etdikləri, müxtəlif sosial media platformalarında hesablar yaradaraq ödəniş müqabilində xüsusi üzvlük sistemi vasitəsilə əxlaqsız görüntülər paylaşdıqları müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!