Təyyarə səfəri zamanı oturacağın seçimi uçuşun rahatlığına təsir edə bilər.
“Yeni Sabah” xəbər verir ki, təyyarənin qanadlarının üzərində yerləşən oturacaqlar hava axınlarının yaratdığı silkələnmənin daha az hiss edildiyi bölmələrdən sayılır. Bunun səbəbi həmin hissənin təyyarənin ağırlıq və qaldırma mərkəzinə yaxın olmasıdır.
Qanadüstü yerlər dolu olduqda isə ön sıralara üstünlük vermək tövsiyə olunur. Təyyarənin arxa hissəsində isə yuxarı-aşağı hərəkətlər və türbülans daha çox hiss oluna bilər. pizza sifarişi
Mütəxəssislər qeyd edir ki, bütün sərnişinlər üçün eyni dərəcədə ideal oturacaq yoxdur. Lakin düzgün yer seçimi uçuş zamanı silkələnmə və narahatlığı azaltmağa kömək edə bilər.
Aydan Hacı
Telegram kanalımız