Ukraynada azərbaycanlı hərbçi həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada azərbaycanlı hərbçi həlak oldu

Hadisə

03 Oktyabr 2026 23:18 89


Ukraynada gedən döyüşlərdə azərbaycanlı hərbçi həyatını itirib.

"Yeni Sabah" xəbər verir ki, uzun müddətdir Ukraynanın Jovti Vodı şəhərində yaşayan Zaur Bəhram oğlu Həbibov döyüşlər zamanı həlak olub.

Məlumata görə, Zaur Həbibov 2014-cü ildən etibarən Ukraynanın müdafiəsində iştirak edib. 2022-ci ilin fevralında başlayan genişmiqyaslı müharibədən sonra isə həmin ilin iyununda yenidən hərbi xidmətə qayıdaraq döyüş tapşırıqlarını yerinə yetirib. pizza

Z.Həbibov sentyabrın 10-da Donetsk vilayətinin Drujkovka şəhəri yaxınlığında döyüş tapşırığı zamanı itkin düşüb.

Bir neçə gün əvvəl onun döyüşlərdə həlak olması rəsmi şəkildə təsdiqlənib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!