Ukraynadan Azərbaycana 30 uşaq gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Ukraynadan Azərbaycana 30 uşaq gətirildi

Sosial

01 Oktyabr 2023 09:59 315


Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək reabilitasiya xidmətləri ilə təmin edilməsi işləri davam etdirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə bu gün daha 30 nəfər ukraynalı uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib. Toyuqlu pizza

Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilən uşaqlara 15 gün ərzində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək.

Reabilitasiya müddətində peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa məşğələləri vasitəsi ilə onların emosional vəziyyətlərinin stabilləşməsi təmin ediləcək.

Uşaqların mədəni-asudə vaxtının səmərəli təşkil olunması üçün onların Şəki, İsmayıllı, Şamaxı şəhərlərində tarixi yerlərə, muzeylərə ekskursiyaları da təşkil olunacaq.

Qeyd edək ki, bundan əvvəl artıq 3 qrup üzrə 100-ə yaxın ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!