Ukraynanın müdafiə naziri türk xalqından üzr istədi

saytların hazırlanması

Evə çatdırılma

Ukraynanın müdafiə naziri türk xalqından üzr istədi

Dünya

17 Aprel 2023 15:09 795


Ukraynanın müdafiə naziri Aleksey Reznikov müharibədə ukraynalı itkilərin sayını Türkiyədə zəlzələ qurbanlarının sayı ilə müqayisə etdiyinə görə üzr istəyib. 

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi rəhbərinin “Twitter” səhifəsində qeyd olunub.

“Verdiyim müsahibədə şərhlərimdən inciyən Ukrayna və Türkiyədə yaşayan hər kəsdən səmimi qəlbdən üzr istəyirəm. Ukraynalılar türk xalqına rəğbət bəsləyirlər. Minlərlə günahsız insanı, dostları, qonşuları dəfn etməyin nə olduğunu başa düşürük. Mən türk dostlarımıza Rusiya işğalının başlanğıcından bəri Krımla bağlı sarsılmaz dəstəyə və qəti mövqeyə görə minnətdaram”.  Dominos pizza

Xatırladaq ki, İspaniyanın “La Razon” qəzetinə müsahibə verən Aleksey Reznikov Ukraynanın müharibədə verdiyi ümumi itkiləri dəyərləndirərək, bunların Türkiyədə baş verən dağıdıcı zəlzələlərdə ölənlərin sayından az olduğunu qeyd edib. Türkiyədə fevralda baş verən təbii fəlakətlərdə 50 mindən çox insanın öldüyü bildirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!