"ABŞ-ın Minsk qrupunda sabiq həmsədri Ceyms Urolik müsahibəsində Qarabağ münaqişəsinin həlli ilə bağlı imkanların açıldığını qeyd edib. Qarabağ danışıqlarında Rusiyanın problemin həllində maraqlı olduğunu qeyd edir. Amma, ABŞ-ın və "Bolton" planın adını çəkmir. Sabiq həmsədr Rusiya və "Lavrov" planın üzərində dayanmaqla, ABŞ görməzlikdən gəlir. Halbuki münaqişənin həllində Vaşinqton maraqlıdır. Buradan aydın olur ki, Urolik Kremlin göstərişi ilə danışır".
"Yeni Sabah"ın məlumatına görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Ceyms Urolikin müsahibəsinin təşkilində Kremlin məqsədi Lavrov planını qəbul etdirməkdən ibarətdir:
"O, "Lavrov" planının masada olduğunu vurğulayır. Qeyd edim ki, sabiq həmsədr hazırda Rusiyanın hüquq firmasında çalışır və ruslarla dostluq əlaqələrinə malikdir. Təbii ki, o, Rusiyanın mövqeyini və irəli sürülən şərtləri müdafiə edəcək. Qeyd edim ki, Ceyms Urolik müsahibəsində səmimi deyil. O, çox yaxşı bilir ki, Rusiya konfliktin həllində maraqlı deyil. Yalnız, öz maraqları konteksində münaqişənin həllinə yanaşır. Məhz "Lavrov" planı buna əsaslanır. Pepperoni pizza
Azərbaycan öz maraqlarına uyğun olmayan, xüsusi ilə BMT qətnamələrinə əsaslanmayan heç planı və "Lavrov" planını-Kazan formulunu qəbul etməyəcək.
Hazırda Rusiya danışıqları öz moderatorluğuna qaytarmaq və Lavrov planını yenidən ortaya çıxarmaqla Ceyms Urolikin müsahibəsin təşkil etdirib. Urolik Kremlin mesajlarını deyir və imkanın açılmasını vurğulamaqla, bu imkanların Kremldə olduğunu önə çəkir. Yaxşı olardı ki, Urolik öz ölkəsinin vasitəçiliyindən danışsın".
Telegram kanalımız