Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

ÜST “delta” variantından daha təhlükəli koronavirus ştammı barədə xəbərdarlıq etdi
22 İyl 2021 00:49
743

ÜST “delta” variantından daha təhlükəli koronavirus ştammı barədə xəbərdarlıq etdi

Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adhanom Qebreyesus “delta” variantından daha təhlükəli koronavirus ştammı barədə xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, Tokioda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 138-ci sessiyasında çıxış edərkən elan edib.

ÜST rəhbərinin sözlərinə görə, koronavirus nə qədər geniş yayılsa, bir o qədər çox variant ortaya çıxacaq və onların hazırkı “delta” variantından daha təhlükəli olma potensialı var.

“Buna görə, nə qədər çox variant varsa, onlardan birinin peyvəndlərdən yayınma şansı daha yüksəkdir”, - deyə o, vurğulayıb.

Qebreyesus çıxışı zamanı Tokiodakı Olimpiya Oyunlarının koronavirus pandemiyası şəraitində təhlükəsiz şəkildə keçiriləcəyinə ümidini ifadə edib.

“Olimpiya Oyunları əvvəllər müharibələr və siyasi böhranlar fonunda baş tutub, ancaq tarixdə heç vaxt pandemiya dövründə keçirilməyib. Belə vaxtlarda dünyanın hər zamankından daha çox ümid bayramına ehtiyacı var”, - deyə o, bildirib./Oxu.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər