Vahid Mustafayev ANS-in açılması imkanından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Vahid Mustafayev ANS-in açılması imkanından danışdı

Sosial

15 Fevral 2019 16:43 3202


ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev telekanalın fəaliyyətinin bərpa olub-olunmaması perspektivi barədə danışıb.

O, Gununsesi.org-a açıqlamasında bildirib ki, telekanalın bərpası hər zaman gündəmdə olub: 

“Biz bu istəyimizdən heç zaman vaz keçməmişik. Dəfələrlə bəyan etmişik ki, biz bu dövlətin əsgəriyik. Nə zaman istəsələr, xidmətə hazırıq. ANS Azərbaycan xalqına şərəflə xidmət edib”.  Sezar pizza

“ANS-in fəaliyyətinin bərpası üçün hazırda hansı addımları atırsınız” sualına Vahid Mustafayev belə cavab verib: 

“Biz zamanında müraciətlər etmişik. İstər ölkə rəhbərliyinə, istərsə də hüquqi instansiyalara qədər getmişik. Bu gün qərar vermək bizim işimiz deyil. Ancaq xalqımız da yaxşı dərk edir ki, Azərbaycana ANS lazımdır. Bu gün ANS-in yeri görünür. Biz fəaliyyətə tam hazırıq. 8 ölkədə bürolarımız olub. Regionlarda 12 büromuz fəaliyyət göstərib. Komandamızla, texniki bazamızla yayıma tam hazırıq”.

ANS-n başqa adla qayıdışının mümkünlüyünə gəlincə, Vahid Mustafayev deyir ki, belə bir niyyətləri yoxdur: “ANS Azərbaycanın müstəqilliyindən 8 ay böyükdür. Biz sovetlərdə imperiyanın zəncirlərini qıran ilk televiziya olmuşuq. ANS-in şərəfli tarixi var. Ondan imtina etmək imkansızdır. ANS Azərbaycana lazımdır. Bunun zərurətini hamımız görürük”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!