“Bu günlərdə sosial şəbəkələrdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət heyətinin rəhbərliyi barəsində hər hansı faktiki əsası olmayan, yalan, böhtan və təhqir xarakterli məlumatlar yayılıb”.
“Yeni Sabah” xəbər verir ki, bu bəyanatla Vəkillər Kollegiyası çıxış edib. həmin xəbərlərdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin icarəyə götürülmüş hazırki inzibati binasının Kollegiyanın sədrinin şəxsi mülki olması, Vəkillər Kollegiyasının əvvəlki rəhbərliyi dövründə 1 milyon manatlıq vəsaitin yığılması və həmin vəsaitə münasibətdə bu gün qanunsuz istifadə hallarının mövcudluğu, yerli vəkil qurumlarında həmin qurumların hesabına deyil, Kollegiyanın hesabına müəmmalı təmir işlərinin aparılması haqdaa iddialar yer alıb. Bununla əlaqədar, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirib ki, bu gün Vəkillər Kollegiyası öz fəaliyyətində ictimaiyyətə açıqlıq, şəffaflıq, vəsaitlərə qənaət prinsiplərini rəhbər tutaraq, ölkəmizdə vəkilliyin inkişaf etdirilməsi, xüsusilə əhalinin peşəkar hüquqi yardıma olan ehtiyaclarının lazımi həddə ödənilməsi üzrə çoxşaxəli işlər həyata keçirməkdədir.
“Vəkillər Kollegiyası üzvlərinin sonuncu hesabat konfransında Kollegiyanın vəsaitləri və onların hansı məqsədlər üçün istifadə edilməsi barədə Kollegiya üzvlərinə hesabat da verilib. Eyni zamanda, hazırda da Kollegiya öz üzvlərinə Kollegiyanın gəlir və xərcləri barədə onları maraqlandıran məlumatları verməkdə hər hansı maneənin olmadığını bildirir. pizza sifarişi
Bildiririk ki, yuxarıda adları çəkilən böhtan və yalan xarakterli məlumatlar həqiqəti əks etdirmir və Vəkillər Kollegiyasının rəhbərliyinə ləkə yaxmaqla ictimaiyyətin Kollegiyaya olan etimadını və vəkil peşəsinin nüfuzunu sarsıtmağa hesablanıb.
Qeyd olunanları nəzərə alaraq, Vəkillər Kollegiyasının Rəyasət Heyəti yoxlanılmamış və ictimaiyyətin çaşdırılmasına səbəb olan məlumatları publik şəkildə yayan şəxslərdən ən qısa zamanda təkzib vermələrini tələb edir.
Əks təqdirdə, Rəyasət Heyəti qanuna uyğun olaraq, həmin şəxslərə qarşı ölçü götürülməsi ilə bağlı müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edir”.
Telegram kanalımız