Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, Venesuela sahillərində 4,6 bal gücündə zəlzələ baş verib.
"Yeni Sabah" xəbər verir ki, episentr paytaxt Karakasdan 42 kilometr şimalda, 3 milyondan çox insanın yaşadığı yerdə yerləşib.
Ölkədə sunami təhlükəsi elan edilməyib. pizza
İyunun 24-də Venesuelada iki güclü təkan baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, birincisi 7,2 bal, ikincisi isə 7,5 bal gücündə olub. Bu təkanlardan sonra 512 təkrar təkan olub.
Rəsmi məlumata görə, ölənlərin sayı 1450-yə çatıb, 3200-dən çox insan xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Çoxsaylı evlər dağılıb, infrastruktur və xəstəxanalar zədələnib və ölkənin əsas hava limanı bağlanıb.
Telegram kanalımız