Vilayət Eyvazov yeni rəis təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Vilayət Eyvazov yeni rəis təyin etdi

Siyasət

17 Dekabr 2020 00:14 2347


Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazov Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinə yeni rəis təyin edib.

Yenisabah.az xəbər verir ki, nazirin əmri ilə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşı polkovnik-leytenant Cəmşid Hənifəyev Binəqədi rayon DYP Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Cəmşid Hənifəyev bundan əvvəl Səbail rayon DYP Şöbəsinin rəisi vəzifəsində çalışıb. Dominos pizza

Binəqədi rayon DYP şöbəsinin rəisi vəzifəsindən azad olunan polis mayoru Mərdan Əliyev isə Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Baxış Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!