Xalq artistimiz Türkiyədən səsləndi: “Səhhətim pisləşdiyi üçün...”

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistimiz Türkiyədən səsləndi: “Səhhətim pisləşdiyi üçün...”

Şou

26 Sentyabr 2019 08:14 801


Xəbər verdiyimiz kimi, Türkiyəyə müalicəyə yollanan Xalq artisti Naibə Allahverdiyevanın halı pisləşib. Son günlər onun “halım çox pisdir, təyyarəyə minə bilmirəm. Mənə kömək etsinlər. Normal həkimə yönləndirsinlər ki, heç olmasa, Bakıya qayıda bilim” deməsi medianın gündəmini zəbt etmişdi. 

“Yeni Sabah” xəbər verir ki, xalq artisti sosial şəbəkədən haqqında yazılan bəzi məlumatların yalan olduğunu bildirib:

“Sizin üçün çox darıxmışam, vətənim üçün burnumun ucu göynəyir. Amma mediada gedən bəzi xəbərlərdən çox üzülürəm. Yazırlar ki, guya mənim Bakıya qayıtmağım üçün  pulum yoxdur və kömək istəyirəm. Xahiş edirəm, bu yalan xəbərləri yaymayın, mənim səhhətimə pis təsir edir. Mən tezliklə qayıdacağam. Qayıtmalı idim, amma səhhətim pisləşdiyi üçün qayıda bilmədim”.  Marqarita pizza

Qeyd edək ki, aktrisa əsəb sistemi və qan təzyiqinin normal olmamasından əziyyət çəkir.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!