Xatunun gizli pərəstişkarı: “Fikrim ciddidir“

saytların hazırlanması

Evə çatdırılma

Xatunun gizli pərəstişkarı: “Fikrim ciddidir“

Şou

31 Mart 2023 18:03 1700


Müğənni Xatun Əliyevaya elçi düşüblər. 

Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, sözügedən məsələ sənətçinin “Şou xəbər” verilişinə müsahibəsi zamanı üzə çıxıb. 

Xatun əyləşdiyi avtomobilin oturacağından məktub tapıb. Həmin məktubda isə ifaçıya eşq təklifi olunub:  Pepperoni pizza

“Sənə qarşı fikrim ciddidir. Yaxınımda olsan da, özümü uzaq hiss edirəm”. 

Xatun məktubda yazılanları oxuduqdan sonra bu sözləri dilə gətirib: 

“Mənə kimsə elçi düşüb. Bu məktub avtomobilimizə elə-belə qoyula bilməz. Bu mümkün deyil”. 

Qeyd edək ki, Xatun Əliyeva bir dəfə evli olub və ayrılıb. Onun Adil adında bir övladı var. Müğənnin oğlu ötən ilin noyabr ayında ailə qurub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!