Xətai rayonunda ağaclar kəsilir - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Xətai rayonunda ağaclar kəsilir - VİDEO

Hadisə

19 Mart 2023 13:56 1126


Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 1, 3 və 5 nömrəli binaların həyətində ağaclar kəsilir.

Bu barədə Qaynarinfo-ya bina sakinləri məlumat verib.

Bildiriblər ki, bayram günlərindən istifadə edərək binanın həyəti qanunsuz olaraq hasarlanıb. Həyətdə ağaclar özbaşına kəsilir, sakinlərin narazılığına baxmayaraq iş icraçıları işlərini davam etdirirlər. Hətta kəsilən ağaclardan biri qaz xəttini də zədələyib Sezar pizza

"Müvafiq qurumlardan xahiş edirik ki, özbaşına aparılan tikinti dayandırsınlar, kəsilən ağacların yerinə yeniləri əkilsin. Yerdə qalan digər ağacların da kəsilməsinin qarşısı alınsın. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Yaşıllaşdırma Birliyi də bu məsələyə müdaxilə etməlidir", deyə sakinlər bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!