Bu gün saat 14 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisindəki evlərin birində 1962-ci il təvəllüdlü Xəlifə Sərkərovun odlu silahdan atəş açaraq arvadı, 1967-ci il təvəllüdlü Gülnarə Sərkərovanı öldürməsi və daha sonra həmin silahla intihar etməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.
Araşdırma aparılır.
Telegram kanalımız