Xızıda qarlı yolda köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi

saytların hazırlanması

Evə çatdırılma

Xızıda qarlı yolda köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi

Siyasət

23 Yanvar 2021 23:30 1048


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Qızılqazma kəndində “Mercedes” markalı minik avtomobilinin qarda batması nəticəsində sürücü və 2 nəfər sərnişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, FHN-nin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində avtomobil və içərisində olan şəxslər təhlükəsiz əraziyə çıxarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!