Xocavənddə daha 7 erməni hərbçinin qalıqları tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Xocavənddə daha 7 erməni hərbçinin qalıqları tapıldı

Hadisə

14 İyul 2021 23:33 858


İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında bu gün aparılmış axtarış işləri zamanı daha 7 erməni hərbçinin qalıqları tapılıb.

Yenisabah.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, qalıqlar Xocavənd rayonu ərazisində aşkar edilib.

Qalıqları tapılanlar Qarabağdakı döyüş əməliyyatlarının iştirakçıları olub.

Meyiti tapılanların kimliyinin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası aparılacaq.

Qeyd edək ki, Ermənistan tərəfinin açıqlamasına görə, Qarabağda hərbi əməliyyatlar dayanandan bəri işğaldan azad olunmuş Azərbaycan torpaqlarında ümumilikdə 1611 erməni hərbçinin cəsədi və ya qalıqları tapılaraq Ermənistana təhvil verilib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!