Xoşqədəm məktəbdəki davadan danışdı: “Günahkar...“

saytların hazırlanması

Evə çatdırılma

Xoşqədəm məktəbdəki davadan danışdı: “Günahkar...“

Şou

04 Oktyabr 2022 14:20 1065


Teleaparıcı Xoşqədəm Hidayətqızı da Bakıda 112 saylı məktəbdə şagirdlərdən birinin sinif yoldaşını döydüyü əks olunan video barədə danışıb.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında həmin görüntüləri yayımlayan aparıcı Təhsil Nazirliyini, məktəb direktorunu sərt şəkildə qınayıb:

“Bu nə deməkdir? Məktəbdə necə baş verib? O məktəbin direktoru, sinif rəhbəri, o döyülən uşağın sinif yoldaşları baş verənləri görməyib? Təhsil Nazirliyi, az qala hər gün hansısa məktəbdə bir hadisə baş verir, belə məktəblərə uşaqlarımızı necə göndərək? Sinif otağında nə baş verəcək bilmirik. Hanı kameralarınız? Pul yoxdur? Bəlkə, kamera quraşdırmaq üçün də valideynlərdən pul yığasınız? Bütün sinif otaqlarında kameralar olmalıdır, valideynlər izləməlidir! Varmı bizim məktəblərdə?” pizza mizza

X.Hidayətqızı videoda yer alan şagirdin və onu videoya çəkənin məktəbdən xaric edilməsini tələb edib:

“Uşaqlarım yaş yarımlığından Türkiyədə bağçaya getdi. Bakıdan belə hər saniyə izləmə şansım vardı. Zibil pulu, süpürgə pulu, nə bilim daha nə pulu yığan məktəblər, bəlkə kamera pulu yığasınız… Amma günahkar təkcə məktəb deyil. O döyənin, çəkənin valideynləri də günahkardır. Sevgidən yoxsul, mərhəmətdən uzaq böyüdülən uşaq bu cür olur. Çəkən də, döyən də məktəbdən xaric ediləməlidir! Yazıqlar olsun!”

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!