“Ya nazir səhv deyib, ya da...” - Deputatdan etiraz 

saytların hazırlanması

Evə çatdırılma

“Ya nazir səhv deyib, ya da...” - Deputatdan etiraz 

Sosial

11 Aprel 2023 10:17 945


“Zaman-zaman Milli Məclisdə də səsləndirmişik, AZAL-ın işindən çox narazılıq etmişik. AZAL dövlət büdcəsindən maliyyələşir və xeyli ziyanla işləyir. Həmişə belə demişik. Çünki dəfələrlə bu şirkətə külli miqdarda pullar ayrılıb. İndi isə nazir Rəşad Nəbiyev elan edir ki, AZAL-ın 1 milyarddan yuxarı illik gəliri var. Bəlkə, nazir ümumi AZAL-ın dövriyyəsini nəzərdə tutur? Dövriyyədirsə, bu, yenə də başa düşüləndir. Amma 1 milyarddan yuxarı gəliri olmaq nə deməkdir? Hədsiz yüksək rəqəmdir…” 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

“Belə olan halda, AZAL nə üçün biletləri xalqa hədsiz baha satır? Qonşu dövlətlərlə, ümumiyyətlə, beynəlxalq müqayisədə yüksək fərq var, AZAL biletləri çox baha satır. Eyni zamanda monopoliyaya malikdir. Ona görə də Rəşad Nəbiyevin açıqladığı rəqəm çox ciddi narahatlıq yaradır. Ya nazir səhv deyib, dövriyyə anlamında işlədib, ya da belə gəliri varsa, AZAL dəfələrlə dövlətdən niyə bu qədər dotasiyalar alıb ki, guya ziyanla işləyir? Mən bunu başa düşə bilmirəm..." - T.Kərimli deyib.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!