Yanan şadlıq evindəki bəy və gəlindən – Son xəbər

saytların hazırlanması

Evə çatdırılma

Yanan şadlıq evindəki bəy və gəlindən – Son xəbər

Kriminal

25 Avqust 2019 11:54 2440


Ötən gecə Sumqayıt şəhəri Niyazi küçəsində yerləşən “Nur” şadlıq sarayında baş vermiş yanğın nəticəsində yarımçıq qalan toyla bağlı bəzi məqamlar aydınlaşıb.

“Yeni Sabah” Publika.az-a istinadən xəbər verir ki, hadisə vaxtı şadlıq evində Pərvin bəy və Mələk xanımın toyu keçirilirmiş. Qız toyunun başlamasından 2 saat sonra şadlıq evinin mətbəxinin şaxtasından başlayaraq güclü alovlanma baş verib.

Yanğın zamanı şadlıq sarayında olan bəy və gəlinlə yanaşı, 300 nəfərə qədər vətəndaş, 60 nəfər personal təhlükəsiz əraziyə təxliyə edilib. Qohumların bildirdiyinə görə yaxın günlərdə cütlüyün oğlan toyu keçiriləcək. Xoşbəxtlikdən hadisə zamanı ciddi xəsarət alan olmayıb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!