Yaponiyada uzunömürlülərin sayı artıb

saytların hazırlanması

Evə çatdırılma

Yaponiyada uzunömürlülərin sayı artıb

Dünya

16 Sentyabr 2022 17:51 946


Yaşı 100-ü keçmiş yaponların sayı ilk dəfə olaraq 90 mini keçib.

Yenisabah.az “Kyodo”a istinadla xəbər verir ki, bu barədə sentyabrın 16-da Yaponiyanın səhiyyə, əmək və rifah nazirlikləri sentyabrın 19-da qeyd olunan Ahıllara Hörmət Günü münasibəti ilə məlumat verib.

Hazırda ölkədə yaşı 100-dən yuxarı olan 90,526 nəfər var. Uzunömürlü əhalinin sayı 50 ildən artıqdır ki, artmaqdadır və hər il yeni rekord müəyyənləşdirir. pizza

Bu il ölkədə yaşı 100-dən yuxarı insanların sayı təxmini 4 min nəfər artıb. Uzunömürlülərin 88 faizindən çoxu qadınlara, yalnız 11,4 faizi kişilərə məxsusdur.

Nazirlik qeyd edir ki, bu il 45,141 nəfər 100 illik yubileyini qeyd edir.

Bu münasibətlə onlara təbrik məktubları və xatirə hədiyyələri göndəriləcək. Yaponiyada yaşlı insanların sayı ən azı 1963-cü ildən, ahıllar üçün sosial təminat haqqında qanunun qəbulundan sonra durmadan artır.

O zaman ölkədə yaşı 100-dan yuxarı 153 nəfər var idi. 1981-ci ildə onların sayı mini, 1998-ci ildə 10 mini, 2012-ci ildə isə artıq 50 mini keçib. Yaponiyanın ən yaşlı sakini 1907-ci il aprelin 25-də anadan olan 115 yaşlı Fusa Tatsumidir.

Yaşlı qadının qohumlarının dediyinə görə, o, normal həyat tərzi sürüb və uzunömürlülüyün sirri sağlam və müntəzəm qidadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!