Cari ilin ilk günlərindən başlayaraq ölkə ərazisində olduğu kimi, Yardımlı rayonunda da kənd təsərrüfatı heyvanları arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.
“Yeni Sabah” xəbər verir ki, Dövlət Baytarlıq Xidməti bildirir ki, cari ilin tədbirləri başlayandan indiyə kimi 12 sahə baytarlıq məntəqəsi vasitəsilə Yardımlı Rayon Baytarlıq İdarəsi tərəfindən rayonda fəaliyyət göstərən sahibkar Nurəddin Abazaliyevə məxsus ”Mehdi kəndli (fermer) təsərrüfatında 60 baş iribuynuzlu və 500 baş xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə tədbiri aparılıb. Eləcə də həmin təsərrüfatda ilin əvvəlində qarayara xəstəliyi əleyhinə profilaktik tədbir icra edilib. Ümumiyyətlə, rayonun ayrı-ayrı təsərrüfatlarında 28522 baş iribuynuzlu, 3524 baş təkdırnaqlı heyvanda qarayara, 26500 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 2889 baş sahibli itdə quduzluq, 10 min baş körpə cücədə (“Las-sota” ştammı ilə) və 27500 baş ev quşunda (“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.
Həmçinin 2800 baş iribuynuzlu heyvan vərəmə, 1600 baş təkdırnaqlı heyvan manqoya görə diaqnostik müayinəyə cəlb olunub, iribuynuzlu və xırdabuynuzlu heyvanlarda parazitlərə qarşı (işlənmə) baytarlıq-sanitariya tədbirləri aparılaraq 1750 kvadratmetr sahədə dezinfeksiya işi görülüb. Dördpendirli pizza
Artıq Yardımlı rayonunda heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Bu tədbir rayonda olan 1850 baş iribuynuzlu və 2200 baş xırdabuynuzlu heyvanda aparılıb. Tədbirlər davam etdirilir.
Ümumiyyətlə, Yardımlı rayonunun ərazisində 28537 baş iribuynuzlu, 87552 baş xırdabuynuzlu, 2403 baş təkdırnaqlı, 3073 baş it, 126356 baş ev quşu və 4920 arı ailəsi mövcuddur.
Telegram kanalımız