Yaşlı qadına işgəncə verən gəlin və oğul... - Video

saytların hazırlanması

Evə çatdırılma

Yaşlı qadına işgəncə verən gəlin və oğul... - Video

Sosial

24 Sentyabr 2022 09:22 1224


Yaşlı qadının dayanmadan üstünə qışqırırlar. Hətta bu azmış kimi balaca uşaq kimi danlayırlar...

Xezerxeber.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan bu videogörüntüdəki qadın 85 yaşlı Şərabanu Fətəliyevadır.

Onu danlayanların və lentə alanların isə nəvəsi və gəlini olduğu iddia edilir. Sezar pizza

Hadisə Xəzər rayonu, "Albalılıq" yaşayış massivi, Nəriman Əliyev küçəsindəki evlərdən birində baş verib.

Videogörüntüdəki yaşlı qadının oğlu Əkrəm Abbasov deyir ki, 3 il öncə anasının belində problem əmələ gəlib və bundan sonra gəzməyində çətinlik yaranıb. Anasına illərdir özü və həyat yoldaşı baxıb. Bu görüntülərin ortaya çıxmasına isə həyat yoldaşı ilə bacısı arasındakı problem səbəb olub.

Əkrəm Abbasovun sözlərinə görə, görüntünü həyat yoldaşı Kəmalə Abbasova 7 ay öncə lentə alıb və bacısına göndərib. Məqsədi baldızına anasının evin işlərində problem yaratdığını göstərmək olub. Bununla belə, Əkrəm Abbasov anasına zorakılıq göstərilməsi iddialarını təkzib edib.

Qeyd edək ki, Əkrəm Abbasov yaşlı anasını sentyabrın 4-də Naxcıvan Muxtar Respublikasının Sədərək rayonuna bacısının yanına aparıb və hazırda da qadın qızının yanındadır.

Məsələ ilə bağlı 85 yaşlı Şərabanu Abbasovanın ailə üzvləri ərazi üzrə polis bölməsinə dəvət olunublar və məsələnin təfərrüatları araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!