Yeni tədris ilinin başlanmasına yaxın paytaxt yollarında tıxaclar çoxalıb. Tətil mövsümünü bitməsi ilə regionlardan Bakıya üz tutanların artımı avtomobillərin hərəkətində çətinliklər yaradır.
Dövlət Yol Polis İdarəsinin (DYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli Yenisabah.az-a açıqlamasında bunu təsdiqləyib:
“Tətil mövsümünün bitməsi və yeni tədris ilinin başlanması ərəfəsindəı yollarda sıxlığı və tıxacları qaçılmaz edir. Hər zaman olduğu kimi, əməkdaşlarımız gücləndirilmiş qaydada, xüsusi təsdiq edilmiş plan üzrə xidməti davam etdirəcək. Vətəndaşlarımızın vaxtında evinə və ya işinə çata bilməsi üçün əlimizdən gələni edəcəyik. Sezar pizza
Tıxacların qarşısını almaq üçün Bakı Şəhər Dövlət Yol Polisi ilə yanaşı, aidiyyəti dövlət orqanları ilə də bir sıra tədbirlər davam etdiriləcək. Ümumi vəziyyəti tənzimləmək məqsədilə Dövlət Yol Polisi müəyyən təklifləri aidiyyatı qurumlara çatdırıb. Əlavə tədbirlər planları hazırlamaqla, dərs ilinin ilk günündə və sonrakı günlərd həmin istiqamətdə işimizi gücləndirəcəyik.
Vətəndaşlara tövsiyəmiz yol hərəkəti qaydalarına qarşı daha ciddi və məsuliyyətli olmalarıdır. Hər kəs yolda məsuliyyət sahibidir. Ehtiyac olmadığı zaman şəxsi avtomobillərdən istifadə etməyi, xüsusən də şəhərin mərkəzi istiqamətinə hərəkəti doğru tövsiyə etmirik. İctimai nəqliyyata, xəstəxanaya gedən təcili tibbi yardım işçilərinə, yanğınsöndürənlərə, bir sözlə, vətəndaşların xidmətində duran qurumların fəaliyyətinə maneə yaratmamağıda vacib hesab edirik. Eqoistlik nümayiş etməsək, yol hərəkəti qaydalarına və təhlükəsizlik məsələlərinə “mən” baxış bucağından baxmasaq, sıxlıqların əhəmiyyətli dərəcədə azalmasına şahid olacağıq”.
Nəsimi Ələsgərli
Telegram kanalımız