Bir neçə gün sonra Yeni ili qarşılayacağıq. Bəzi evlərdə bayram ab-havası hiss olunsa da, hələ də aksessuar və bəzək əşyaları almağa üz tutanlar var.
Bəs Yeni ildə bir evi bəzəmək neçəyə başa gəlir?
Yenisabah.az xəbər verir ki, Xəzər TV bu barədə süjet hazırlayıb: Marqarita pizza
Yeni ilin əsas atributu olan yolkalar mağazalarda və yarmarkalarda 10 manatdan 60 manatadək dəyişir.
Bayram dekorlu süfrələr 3 manatdan 15 manata, salfetlər 1 manatdan 3 manatadək dəyişir. Yarmarkalarda uşaqlar üçün papaqlar da var ki, onların da qiyməti 1 manatdır.
Satıcılar deyirlər ki. yolka oyuncaqları həm tək-tək. Həm də dəst satılır:
“Tək-tək 1-3 manat, dəst şəklində isə 3 manatdan 15 manata qədər qiymətlər dəyişir. Böyük oyuncaqlar isə 15-30 manat aralığındadır. Yolkanın üzərinə qoyulan zərlər 1 manatdan 3 manata qədərdir. Qapının üzərinə vurulan aksessuarlar 5 manatdan 15 manatadəkdir. Yeni ilin olmazsa olmazı – yolka işıqları isə 3 manatla 20 manat arasıdır. Qarqız və şaxta baba fiqurları ölçülərindən asılı olaraq 20 manatdan 100 manatadəkdir”.
Satıcıların sözlərinə görə, qiymətlər ötən illə müqayisədə müəyyən qədər artıb.
Telegram kanalımız