2026–2027-ci tədris ili üçün valideyn-dövlət-özəl əməkdaşlığı çərçivəsində maliyyələşmə müsabiqəsinin qalibləri açıqlanıb. 124 özəl məktəbəqədər təhsil müəssisəsi dövlət dəstəyi almaq hüququ qazanıb.
"Yeni Sabah" xəbər verir ki, təhsil eksperti Məzahir Məmmədli bu barədə paylaşımında özəl bağçaların dövlət dəstəyi ilə maliyyələşdirilməsini məktəbəqədər təhsil sahəsində mühüm addım kimi qiymətləndirib.
Ekspert qeyd edib ki, çoxdan gözlənilən valideyn-dövlət-özəl əməkdaşlığı çərçivəsində 124 özəl bağçanın dövlət dəstəyi alması bu istiqamətdə ciddi mərhələnin başlanğıcıdır. pizza sifarişi
“Dövlət-özəl əməkdaşlığı istiqamətində bağçalarla bağlı ürəkaçan nəticələr reallaşır. Qalır bu imkanları bir qədər də genişləndirmək”, – deyə M.Məmmədli bildirib.
Onun sözlərinə görə, bu addım iş adamlarını məktəbəqədər təhsil sahəsinə yeni investisiyalar yatırmağa sövq edə, eyni zamanda valideynlərin seçim imkanlarını genişləndirə bilər.
Ekspert hesab edir ki, özəl bağçaların sayının və imkanlarının artması dövlət bağçaları arasında da rəqabətin güclənməsinə səbəb ola bilər.
M.Məmmədli dövlət dəstəyinin özəl bağçalar üçün yalnız maliyyələşmə deyil, həm də məsuliyyət yaratdığını vurğulayıb.
“Özəl bağçalar sui-istifadə edib qiymət qaldırmamalıdırlar. Dövlət vəsaiti ayrılan hər bir müəssisədə xidmətin keyfiyyəti, qəbul prosesi, qiymətlər və uşaqlar üçün yaradılan şərait şəffaf şəkildə monitorinq olunmalıdır”, – deyə ekspert qeyd edib.
Onun fikrincə, model düzgün qurularsa, dövlət-özəl əməkdaşlığının məktəbəqədər təhsil sahəsində uğurlu nümunəsinə çevrilə bilər.
Aytac Əliyeva
Telegram kanalımız