Yeni rektor kollektivə təqdim olundu

saytların hazırlanması

Evə çatdırılma

Yeni rektor kollektivə təqdim olundu

Sosial

14 Sentyabr 2023 17:07 469


Bakı Mühəndislik Universitetinin (BMU) rektoru vəzifəsinə təyin edilən Yaqub Piriyev sentyabrın 14-də müəssisə kollektivinə təqdim olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yaqub Piriyevin təhsil sistemindəki səmərəli fəaliyyətini vurğulayıb və göstərilən yüksək etimadı doğruldacağına əminliyini ifadə edib. pizza sifarişi

BMU-nun yaradılması tarixi və fəaliyyətinə toxunan nazir müavini sözügedən ali təhsil müəssisəsinin ölkəmizin sosial-iqtisadi inkişafında müstəsna rolunun olduğunu deyib. BMU-da yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanması üçün icra olunan ikili diplom proqramı və digər layihələrə diqqət çəkən Firudin Qurbanov yeni rektorun qarşısında duran məqsəd və vəzifələri vurğulayıb.

Sonda rektor Yaqub Piriyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!