Dövlət başçısının tapşırığına əsasən, nazirlik tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya infrastrukturunun respublikamızın bölgələri üzrə genişəndirilməsi nəzərdə tutulur.
“Yeni Sabah” xəbər verir ki, bu məqsədlə cari ildə Şəmkir və Qəbələ rayonlarında, 2020-ci ildə isə Quba, Masallı, Ağcabədi, Xaçmaz, Lənkəran rayonlarında uşaqlar üçün bərpa mərkəzlərinin tikintisinə başlanması planlaşdırılır. Bölgələrdə yeni uşaq reabilitasiya müəssisələrinin yaradılması regionlarda yaşayan sağlamlıq imkanları məhdud uşaqların bərpa müalicəsi imkanlarının artırılmasında, onlar arasında sağlamlıq imkanları məhdudluğun qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq.
Telegram kanalımız