Azərbaycanda 48 yaşlı mühəndis müasir silah hazırlayıb.
“Yeni Sabah” xəbər verir ki, Yevlax rayonunun Aşağı Qarxun kəndində yaşayan Vuqar Abdullayev uzun illərdir üzərində çalışdığı ixtiranın sxemini bir neçə müddət əvvəl tamamlıyıb. Hərbi Optik Lazer şifrə “Ol-1” adlanan qurğu 2 nəsildən ibarətdir. Yevlax sakinin hazırladığı silah 5 km-lik məsafədən canlı və texnikanın məhv etmə gücünə malikdir. Bir sıra özəllikləri ilə seçiləcək yeni məhvetmə qurğusu ixtiraçının fikirncə dünyada bir ilkdir.
Vuqar Abdullayev deyir ki, 35-50 kq çəkiyə malik olacaq yeni silah, hərbi texnikalara quraşdırılmaqla yanaşı, iki əsgərin rahat hərəkət etdirə biləcəyi ağırlıqda olacaq. İxtiraçı nanotexnologiya əsasında hazırlanacaq silahın hazırlanmasının maddi dəstəyə ehtiyac olduğunu deyir. Pepperoni pizza
O, hazırladığı silah sxemini AMEA-ya və digər adiyyatı qurumlara təqdim edib. İxtiraçıya bildirlib ki,onun layihəsinin tanınmasına ehtiyac var. Yevlax sakini bunun üçün dövlət dəstəyinə ehtiyac duyur.
Telegram kanalımız