Yol polisinin saxladığı maşından avtomat çıxdı

Yol polisinin saxladığı maşından avtomat çıxdı
İyul 12, 2019 00:36
Oxunma sayı: 185

İyulun 10-da saat 12 radələrində Bakı-Qazax yolunun 380-ci kilometrliyində - Şəmkir rayonu ərazisində “BMW” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunda ona “Saxla” işarəsi verilib. 

“Yeni Sabah” xəbər verir ki, nəqliyyat vasitəsinin sahibi tabeçilik göstərməyərək hərəkətə davam etib.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobil Könüllü kəndi ərazisində məcburi qaydada dayandırılıb.

Sənədlərini təqdim etmək tələb olunarkən sürücü və sərnişinin şübhəli davranışları, həyəcanlı halda olmaları yol polisi əməkdaşlarının diqqətindən yayınmayıb.

Avtomobilə baxış zamanı yük yerindən “AKM” markalı silah və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Nəqliyyat vasitəsinin sürücüsü, Gəncə şəhər sakini A.Hüseynov və sərnişini olan qardaşı H.Hüseynov saxlanılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Araşdırma aparılır.

 

Yenisabah.az