Bakı Dövlət Universitetinə yüksək balla qəbul olan tələbə itkin düşüb.
“Yeni Sabah” xəbər verir ki, Goranboy rayonun Qaraçinar kəndində yaşayan Mais Qurbanov fevralın 17-də tətil bitdiyindən paytaxta qayıtmağa qərar verib. Gənc oğlan atasına Gəncəyə, oradan isə Bakıya gedəcəyini bildirib. Günorta saatlarında yaxınları Maisə zəng vursalarda ona zəng çatmayıb. Həmin tarixdən BDU-nun hüquq fakultəsinin 1-ci kurs tələbəsindən xəbər yoxdur.
Tələbənin babası Xaqani Qurbanov deyir ki, Mayis 667 balla ali məktəbə qəbul olub. Oxuduğu müddət ərzində 3 dəfə yaşadığı Goranboya gəlib qayıtsa da, sonuncu dəfə paytaxata getməyib. Yaxınları ondan xəbər tuta bilmədiklərindən narahatdılar. pizza hut
Tələbənin itkin düşməsi ilə bağlı polis şöbəsinə də müraciət edilib. Onu görənlərdən bu nömrəyə zəng vurmaq xahiş olunur:
051 327 22 32 Əmisi
051 572 01 54 Atası
Telegram kanalımız