Zakir Həsənov Pakistana başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov Pakistana başsağlığı verdi

Siyasət

09 Oktyabr 2025 12:42 222


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzaya başsağlığı ünvanlayıb.

Bu barədə "Yeni Sabah"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Başsağlığında deyilir: "Pakistanın Əfqanıstanla sərhədində yerləşən Hayber-Paxtunxva əyalətinin Orakzay rayonunun ərazisində xaincəsinə törədilmiş terror aktı nəticəsində qardaş Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun şəhid olması barədə xəbər məni hədsiz kədərləndirdi. Dördpendirli pizza

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik.

Allah rəhmət eləsin".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!