Zakir Həsənov səudiyyəli hərbçiləri qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov səudiyyəli hərbçiləri qəbul etdi

Rəsmi

28 Yanvar 2025 15:33 430


Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Fayyad bin Hamed Ali-Rovailinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Yenisabah.az xəbər verir ki, görüş zamanı hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb. pizza

Görüşdə hərbi əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!