Zakir Həsənov Türkiyəyə başsağlığı verdi 

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov Türkiyəyə başsağlığı verdi 

Rəsmi

09 Sentyabr 2024 10:58 1459


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin daxili İşlər naziri Ali Yerlikayaya və Jandarma Baş Komandanı ordu generalı Ali Çardakcıya başsağlığı ünvanlayıb. 

Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, başsağlığında deyilir: 

"Tunceli vilayətində qardaş Türkiyə Respublikasının Jandarma Baş Komandanlığına məxsus nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların şəhid olması xəbəri məni çox kədərləndirdi. Sizin acınız bizim də acımızdır.  Toyuqlu pizza

Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, onlara Allahdan səbir, yaralı hərbi qulluqçumuza şəfa diləyirəm. 

Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin". 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!